IMG-LOGO

Lin Tszyan: Çin İrana hərbi dəstək göstərmir, bütün ittihamlar uydurmadır

15 Apr 2026 12:23 5 baxış
IMG

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan Pekinin İrana hərbi dəstək göstərməsi barədə məlumatı təkzib edib.

"Report" xəbər verir ki, o, bunu "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.

XİN rəsmisi xəbərdarlıq edib ki, əgər ABŞ bu ittihamlar əsasında Çinlə bağlı tarifləri artırsa, Pekin mütənasib cavab verəcək.

"Çini İrana hərbi dəstək göstərməkdə ittiham edən media xəbərləri sırf uydurmadır. Əgər ABŞ bu ittihamlar əsasında Çinə qarşı tarifləri artırmağa davam edərsə, Çin əks tədbirlərlə cavab verəcək", - o yazıb.

Bununla yanaşı, Tszyan söhbətin konkret hansı silahlardan getdiyini qeyd etməyib, lakin daha əvvəl ABŞ kəşfiyyatı Çinin guya yaxın həftələrdə İrana yeni hava hücumundan müdafiə sistemləri tədarük etməyə hazırlaşdığını bildirmişdi.

Xəbər lenti