IMG-LOGO

Koşta: Aİ Fars körfəzi ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir

15 Apr 2026 15:50 7 baxış
IMG

Avropa İttifaqı (Aİ) Fars körfəzi ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta Fars körfəzi ölkələrinə səfəri çərçivəsində mətbuat qarşısında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Aİ Yaxın Şərq ölkələri üçün etibarlı tərəfdaşdır.

"Biz regionun sabitliyini və təhlükəsizliyini dəstəkləmək üçün buradayıq. Biz əməkdaşlığımızı daha da dərinləşdirmək və möhkəmləndirmək istəyirik. Bu həftə görüşdüyüm liderlər (Aİ ölkələrinin) də eyni fikirdədir", - Koşta qeyd edib.

Xəbər lenti