IMG-LOGO

ABŞ-da azərbaycanlı həbs olundu

15 Apr 2026 16:19 20 baxış
IMG
0 0

ABŞ-da azərbaycanlı həbs olunub.

Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Belə ki, xaricdə yaşayan həmyerlilərimizin qruplarından birində ABŞ-da yaşayan Xalid Qarayevin aylardır itkin düşməsi barədə məlumat paylaşılıb. Ailəsi oğulları ilə yanvar ayından bəri əlaqə saxlaya bilmədiklərini və Xalidin son dəfə Kaliforniya ştatında görüldüyünü bildirib.

Paylaşımın rəy bölümündə isə Xalidin Kaliforniyada kiməsə xəsarət yetirmə ittihamı ilə həbs olunduğu yazılıb. Həmçinin onun aprelin 25-i həbsdən azad ediləcəyi də rəydə bildirilib.

Hadisələr ABŞ itkin Kaliforniya

Xəbər lenti