IMG-LOGO

AMB Çinin Sənaye və Ticarət Bankı ilə biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib

15 Apr 2026 17:32 8 baxış
IMG

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Çin Sənaye və Ticarət Bankı (ICBC Almaty) arasında biznes layihələrinin maliyyələşdirilməsi müzakirə edilib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, qurumun sədri Taleh Kazımov "ICBC Almaty"nın Direktorlar Şurasının üzvü Çingiz Kanapyanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə kapital bazarı və ödəniş sistemləri üzrə inkişaf perspektivləri, sahibkarlığın və biznes layihələrinin maliyyələşdirilməsi istiqamətində Azərbaycan bankları ilə əməkdaşlıq məsələləri, o cümlədən bu çərçivədə birgə təşəbbüslərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti