IMG-LOGO

Yusif Abdullayev: "Azərbaycan şirkətlərinin Latviyaya çıxışı üçün hazırlıqlara başlanılıb"

15 Apr 2026 18:21 4 baxış
IMG

Azərbaycan şirkətlərinin əvvəlcə Latviyaya çıxışı, daha sonra isə Baltik və Skandinaviya ölkələri ilə regional əməkdaşlığın genişləndirilməsi üçün zəruri infrastrukturun hazırlanmasına başlanılıb.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Latviya Hökumətlərarası Komissiyanın 9-cu iclasında deyib.

Y. Abdullayev qeyd edib ki, yaxın günlərdə Azərbaycan-Latviya Biznes Forumunun keçirilməsi planlaşdırılır. Biznes forum Azərbaycanda təşkil olunacaq.

"Tədbirdə Latviyadan 20-yə yaxın şirkətin, Azərbaycandan isə 50-dən çox dövlət və özəl qurumun iştirakı gözlənilir. Tərəflər biznes əməkdaşlığının yeni istiqamətləri kimi süni intellekt, müdafiə sənayesi və hava yük daşımaları sahələrini də nəzərdən keçirir. Latviya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası işlərində iştirakı üçün təqdimatların keçirilməsini planlaşdırırıq", - deyə o vurğulayıb.

Xəbər lenti