IMG-LOGO

Rütte: NATO bu il Ukraynaya 60 milyard dollar hərbi yardım verəcək

15 Apr 2026 19:59 4 baxış
IMG

NATO Avropa İttifaqının (Aİ) kreditinə əlavə olaraq Ukraynaya 60 milyard dollar hərbi yardım verəcək.

"Report" xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Berlində Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasının əvvəlində bildirib.

Qeyd olunub ki, NATO dövlətlərindən vəsaitlər artıq 2026-cı ildə daxil olacaq.

Rüttenin sözlərinə görə, maliyyələşdirmədə prioritet hava hücumundan müdafiəyə, dronlara və uzaqmənzilli döyüş sursatlarına veriləcək.

Baş katib həmçinin üzv dövlətlər tərəfindən Ukraynaya dəstək xərclərinin qeyri-mütənasib bölüşdürülməsinə diqqət yetirib.

"Bu, həqiqətən də problemdir: çox az ölkə həddindən artıq böyük yük daşıyır və biz bu məsələni həll etməliyik. Ukraynanın mübarizəsinə dəstək heç vaxt olmadığı qədər vacibdir", - Rütte qeyd edib.

Xəbər lenti