IMG-LOGO

Bu ilin I rübündə qatarla daşınan qida məhsullarının həcmi artıb

15 Apr 2026 20:04 4 baxış
IMG

Bu ilin mart ayında qatarla 157 min tona yaxın qida sənayesi məhsulları daşınıb.

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) məlumat yayıb.

Bildirilib ki, bu, keçən ilin müvafiq dövründən 51% çoxdur.

Eyni zamanda, analoji məhsulların 2026-cı ilin birinci rübü üzrə daşınması 325 min tona yaxın təşkil edib və ötən ilin eyni dövrünü 9% üstələyib.

Qeyd edilib ki, qida sənayesi məhsullarının tranzit daşımaları da bu ilin birinci rübündə 21% (139,7 min ton), mart ayında isə 64% (67,3 min ton) artıb.

Xəbər lenti