IMG-LOGO

Çin İrana dərman yardımı göndərəcək

15 Apr 2026 21:14 5 baxış
IMG

Çin tərəfindən İrana 58 ton dərman yardımı göndəriləcək.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çinin Tehrandakı səfiri Konq Peyvu İranın Qızıl Aypara Cəmiyyətini məlumatlandırıb.

"Çin Xalq Respublikasının Tehrandakı səfiri İrana 58 ton dərman yardımı yükünün bağışlandığını xəbər verib", - məlumatda bildirilib və əlavə edilib ki, bu, Pekinin beynəlxalq humanitar öhdəliklərə sadiqliyinin simvoludur.

Xəbər lenti