ABŞ Prezidenti Donald Tramp Kanada ilə neft və neft məhsullarının daşınması ilə bağlı bir neçə icazə imzalayıb.
"Report"un məlumatına görə, Ağ Ev müvafiq sənədləri açıqlayıb.
Məlumata görə, icazələrdən biri Şimali Dakota ştatının Burke dairəsində boru kəməri infrastrukturunun tikintisi, qoşulması, istismarı və texniki xidməti işləri "Bakken Pipeline Company LP" şirkətinə verilib.
Bundan əlavə, "Bakken Pipeline Company" eyni qraflıqda mövcud boru kəməri qurğularının istismarı və texniki xidməti üçün ayrıca icazə alıb.
"Enbridge Energy" şirkəti daha iki icazə alıb. Bu icazələr Miçiqan ştatının Sent-Kler dairəsində və Şimali Dakota ştatının Pembina dairəsində mövcud boru kəməri qurğularının istismarı və texniki xidməti ilə bağlıdır.