IMG-LOGO

Leyla Əliyeva Avropa çempionatında 1/8 finala yüksəlib - YENİLƏNİB

16 Apr 2026 11:02 3 baxış
IMG

Azərbaycanın daha bir cüdoçusu Leyla Əliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, onun rəqibi Nikolina Nişaviç (Serbiya) 1/6 final görüşünə çıxmayıb.

Bu səbəbdən L.Əliyeva 1/8 finala yüksəlib.

Daha əvvəl Gültac Məmmədəliyeva da bu raunda vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

10:52

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə start verib.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/16 finalda Karla Tavares Fernandeşlə (Lüksemburq) üz-üzə gəlib.

Rəqibini məğlub edən Gültac Məmmədəliyeva növbəti raunda vəsiqə qazanıb.

Xatırladaq ki, bu gün Azərbaycanın 7 cüdoçusu tatamiyə çıxır. Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Xəbər lenti