IMG-LOGO

ABB dividend ödənişini sabit saxlamağı planlaşdırır

16 Apr 2026 11:01 4 baxış
IMG

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) bu il də səhmdarlarına 200 milyon manat dividend ödəməyi planlaşdırır.

"Report" ABB-yə istinadən xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

"Maliyyə qrupumuz 2025-ci ili 404,491 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ABB-nin tarixində rekord mənfəət göstəricisidir. ABB-nin böyüməsində, belə yüksək mənfəət qazanmasında, təbii ki, son illər formalaşdırdığımız dayanıqlı biznes modelinin çox böyük rolu var. Menecment olaraq bu il də səhmdarlarımıza yüksək məbləğdə, 200 milyon manat dividend ödənişi təklifi etmişik. Ümumi Yığıncaqda təklifimiz dəstəklənərsə, səhmdarlarımız bu il də nominal qiymətdən 15,6 % dividend gəliri əldə edəcəklər. Biz son 8 ildə səhmdarlarımıza ardıcıl olaraq dividend ödəyirik. İki ildir ki, gəlirlərimizi 30 mindən artıq səhmdarımız, vətəndaşımızla bölüşürük", - deyə o qeyd edib.

Xəbər lenti