IMG-LOGO

Azərbaycanın ixrac etdiyi neft məhsullarının ümumi dəyəri 2 dəfədən çox artıb

16 Apr 2026 12:35 12 baxış
IMG

Bu ilin yanvar-mart aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 187 min 341,29 ton həcmində neft məhsulları ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 130 milyon 938,65 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi ötən ilin yanvar-mart ayları ilə müqayisədə 1,5 dəfə, dəyəri isə 2,3 dəfə çoxdur.

Ötən üç ayda neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,42 % olub.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.

Xəbər lenti