IMG-LOGO

Bloomberg: Türkiyə Yaxın Şərq regional təhlükəsizlik platforması təşəbbüsü ilə çıxış edib

16 Apr 2026 15:01 14 baxış
IMG

Türkiyə Pakistan, Səudiyyə Ərəbistanı və Misirin iştirakı ilə regional təhlükəsizlik platformasının yaradılmasına dair müzakirələr təşkil edir.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, görüş Antalyada diplomatik forum çərçivəsində keçirilə bilər.

Agentliyin məlumatına görə, Misirin iştirakı hələ təsdiqlənməyib. İştirakçıların region ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə və qarşılıqlı etimad səviyyəsinin artırılmasına diqqət yetirməklə geniş dairədə təhlükəsizlik məsələlərini müzakirə edəcəkləri gözlənilir. Həmçinin Yaxın Şərqdəki münaqişənin nizamlanması məsələsinə xüsusi diqqət yetiriləcək.

Öz növbəsində, Pakistan Xarici İşlər Nazirliyi nümayəndəsi cümə axşamı keçirilən brifinqdə bildirib ki, bu həftənin əvvəlində qeyd olunan ölkələrin yüksək vəzifəli rəsmiləri İslamabadda hazırlıq görüşü keçiriblər.

Xəbər lenti