IMG-LOGO

Cozef Aun İsraillə danışıqlara başlamazdan əvvəl atəşkəsin vacibliyini vurğulayıb

16 Apr 2026 15:00 15 baxış
IMG

Livan Prezidenti Cozef Aun İsraillə danışıqlara başlamazdan əvvəl atəşkəsin vacibliyini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

"Livanın İsraildən xahiş etdiyi atəşkəs iki ölkə arasında birbaşa danışıqlar üçün təbii başlanğıc nöqtəsidir", - Aun bildirib.

Qəzet qeyd edir ki, Livan liderinin şərhləri bu gün üçün iki ölkənin danışıqları məsələsinə dair ilk açıqlamalardır.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail və Livan liderlərinin bu gün danışıqlar aparmalı olacağını elan etmişdi.

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə aviazərbələr endirib. Həmin gün zərbələr nəticəsində İranın ali lideri Əli Xameneyi öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

"Hizbullah" İranın tərəfində müharibəyə qoşularaq İsraili raketlər və pilotsuz uçuş aparatları ilə atəşə tutduqdan sonra İsrail ordusu radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Livanın cənubuna və Beyrutun cənub ətraflarına zərbələr endirib və endirməyə davam edir. İsrail həmçinin Livanın cənubundakı quru əməliyyatını genişləndirib.

İran, ABŞ və onların müttəfiqləri 8 aprel 2026-cı il gecəsi iki həftəlik atəşkəs barədə razılığa gəlib.

14 apreldə Vaşinqtonda ABŞ-nin himayəsi altında atəşkəs sazişinə nail olmaq məqsədilə sülh danışıqlarının başlama tarixinin müəyyən edilməli olduğu Livan-İsrail əlaqələrinin ilkin raundu keçirilib. Nümayəndə heyətlərinə Livanın və İsrailin ABŞ-dəkı səfirləri Nada Həmmade-Muavvad və Yexiel Layter başçılıq edib.

Xəbər lenti