IMG-LOGO

Alibek Jamauov: "Astana layihələr olduqda Bakı ilə qaz əməkdaşlığına hazırdır"

16 Apr 2026 15:47 15 baxış
IMG

Qazaxıstan birgə layihələr olduğu təqdirdə Azərbaycanla qaz sahəsində əməkdaşlığa maraq göstərir.

"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "QazaqGaz MK" SC-nin İdarə Heyətinin sədri Alibek Jamauov bildirib.

O vurğulayıb ki, hazırda qaz sahəsində ölkələr arasında qarşılıqlı əlaqə coğrafi amillərlə məhdudlaşır: "Eyni zamanda Qazaxıstan Xəzər dənizi vasitəsilə Azərbaycana ildə təxminən 1,5 milyon ton neft ixrac edir və bu neft daha sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə dünya bazarlarına tədarük olunur. Azərbaycanla qaz sahəsi üzrə məmnuniyyətlə işləyərdik, lakin hazırda bu, coğrafi baxımdan çətindir. Yeni layihələr yaranacağı təqdirdə əməkdaşlığa hazırıq".

Sədrin sözlərinə görə, Qazaxıstan bu gün Çinə fəal şəkildə qaz tədarük edir: "Xüsusilə, Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin boru kəmərilə Çinə hər il təxminən 5 milyard kubmetr qaz tədarük edilir. Bu marşrut üzrə qazın əsas həcmi Türkmənistanın hesabına formalaşır - ildə təxminən 35 milyard kubmetr, daha təqribən 5 milyard kubmetri isə Özbəkistan və Qazaxıstan tədarük edir".

A.Jamauov qeyd edib ki, Qazaxıstan tədarükün artırılmasında maraqlıdır, lakin hələlik konkret rəqəmlər açıqlanmır. "Hazırda biz təxminən 5 milyard kubmetr tədarük edirik. Əlbəttə, biz daha çox tədarük etmək istərdik, lakin vəziyyət daim dəyişir", - o bildirib.

Xəbər lenti