IMG-LOGO

Azərbaycanda "yaşıl energetika"nın inkişafına lazımi kapitalın məbləği açıqlanıb

16 Apr 2026 15:46 12 baxış
IMG

Azərbaycanda 2 qiqavatlıq günəş və külək elektrik stansiyalarının (ES) 2027-ci ilə qədər şəbəkəyə qoşulması ilə bağlı zəruri olan bütün qanunvericilik bazası hazırlanıb.

"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.

"1 meqavat gücü olan günəş elektrik stansiyası üçün kapital qoyuluşu 600-800 min ABŞ dolları, külək elektrik stansiyası üçün isə 1,2-1,4 milyon ABŞ dolları arasındadır. Yəni, 2027-ci ilə qədər Azərbaycanda yalnız "yaşıl energetika"nın inkişafı üçün birbaşa xarici investisiyaların məbləği 2 milyard ABŞ dolları nəzərdə tutulur. Kifayət qədər böyük rəqəmdir, bəlkə də neft-qaz sahəsindən sonra ən böyük investisiyadır. Azərbaycan dövlətinin bir manat da olsun bu investisiyalarda payı yoxdur, bunlar birbaşa xarici investorların yatırdığı investisiyalardır", - deyə o qeyd edib.

Xəbər lenti