Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana Rus dili üzrə Beynəlxalq Təşkilata qoşulmağı təklif edib.
"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, o, təklifini Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında səsləndirib.
Onun sözlərinə görə, aprelin 1-dən Soçi şəhərində təşkilatın katibliyi fəaliyyətə başlayıb: "Azərbaycanı bu beynəlxalq təşkilata qoşulmağa dəvət edirik və hesab edirik ki, bu əməkdaşlıq humanitar sahədə əlaqələrin daha da genişlənməsinə töhfə verə bilər".