IMG-LOGO

Aleksey Overçuk: "Azərbaycanla sanitariya-epidemioloji sahədə əməkdaşlıq mühümdür"

16 Apr 2026 16:38 15 baxış
IMG

Azərbaycan və Rusiya arasında sanitariya-epidemioloji sahədə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.

"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

Onun sözlərinə görə, hər iki ölkə təbii ocaqlı infeksiyaların yayılması risklərinin azaldılması və yoluxucu xəstəliklərə qarşı mübarizə məqsədilə birgə layihələr həyata keçirir.

"Bu əməkdaşlıq çərçivəsində fövqəladə epidemioloji vəziyyətlərə cavab verən regional sistemin formalaşdırılması istiqamətində işlər görülür və Rusiya tərəfi Azərbaycanla bu sahədə əməkdaşlığı daha da genişləndirməyə hazırdır", - deyə hökumət rəsmisi əlavə edib.

Xəbər lenti