IMG-LOGO

Turan Bayramov: "Məşqçilərimizin ümidini doğrultdum"

16 Apr 2026 18:28 13 baxış
IMG

Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tibilisidə keçirilən Avropa çempionatında ümidləri doğruldub.

"Report"un Gürcüstana ezam olunan əməkdaşı xəbər verir ki, bunu idmançı özü jurnalistlərə açıqlamasında deyib.

O, bürünc medal qazandığı üçün sevincli olduğunu dilə gətirib:

"Bu gün mənim sevincimin həddi yoxdur. Buna görə medalı özüm üçün uğurlu nəticə hesab edirəm. Əslində mənim milliyə dəvətim son anda baş verib. Komanda yoldaşım Ruslan Paşayev zədələndiyi üçün heyətə dəvət aldım".

Xəbər lenti