IMG-LOGO

Sabirabadda məktəbliləri daşıyan avtobus aşdı - VİDEO

16 Apr 2026 19:01 6 baxış
IMG
0 0

Sabirabadda içərisində 20-yə yaxın şagird olan mikroavtobus aşıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonu, Osmanlı kəndində baş verib.

Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan "Mercedes" markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.

20-yə yaxın şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi yaralanan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin brauzer video tagını dəstəkləmir. Sabirabad hadisə

Xəbər lenti