IMG-LOGO

Rəşad Nəbiyev Avropa çempionatında medal qazanan cüdoçuları təbrik edib

16 Apr 2026 20:44 4 baxış
IMG

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında Əhməd Yusifov (-60 kq) və Turan Bayramov (-66 kq) bürünc medal qazanıblar.

"Report" xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında yazıb.

"Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram", - o bildirib.

Xəbər lenti