IMG-LOGO

Gəncədə minik maşını ilə moped toqquşdu: yaralanan var

16 Apr 2026 20:32 4 baxış
IMG
2 0

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki “BMW” markalı minik avtomobili ilə moped toqquşub. Qəza zamanı mopedin sürücüsü xəsarət alıb.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, moped sürücüsü kuryer kimi fəaliyyət göstərir.

Fuad Nazimoğlu

Gəncə qəza moped

Xəbər lenti