IMG-LOGO

Nəvaf Salam İsrail ilə Livan arasında atəşkəs elan olunmasını alqışlayıb

16 Apr 2026 21:22 4 baxış
IMG

Livanın Baş naziri Nəvaf Salam Beyrutun əsas tələbi olan İsrail və Livan arasında atəşkəs rejiminin bərqərar olmasını alqışlayır.

"Report" xəbər verir ki, Salam bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Mən ABŞ Prezidenti Donald Tramp tərəfindən atəşkəs elan edilməsini alqışlayıram. Bu, Livanın əsas tələbi idi. Biz buna müharibənin ilk günündən çalışırdıq və bu, çərşənbə axşamı Vaşinqtondakı görüşümüzün əsas məqsədi olmuşdu", - deyə o yazıb.

O bütün Livan vətəndaşlarını əldə olunmuş nəticə münasibətilə təbrik edib, həlak olanların ailələrinə başsağlığı verib, yaralılar və məcburi köçkünlərlə həmrəyliyini təsdiqləyib və onların tezliklə geri qayıdacaqlarına ümid etdiyini bildirib.

"Mən həmçinin bu nəticənin əldə olunması üçün göstərdikləri səylərə görə regionun və dünyanın bütün ölkələrinə, xüsusən də ABŞ, Fransa və Avropa İttifaqına, o cümlədən bütün ərəb qardaşlarımıza, ilk növbədə, Səudiyyə Ərəbistanı və Misirə, habelə Qətər və İordaniyaya təşəkkür etməyə bilmərəm", - Salam əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iki ölkənin liderləri ilə telefon danışıqlarının yekunlarına əsasən, İsrail və Livanın bu gündən etibarən 10 günlük atəşkəs rejiminin tətbiqi barədə razılığa gəldiklərini bildirib.

Xəbər lenti