IMG-LOGO

Niderland Ukraynaya "Alkmaar" sinfinə aid mina axtaran gəmi verəcək

17 Apr 2026 00:20 5 baxış
IMG

Niderland iyun ayında Ukraynaya hazırda ukraynalı hərbçilərin iştirakı ilə heyətin hazırlıq keçdiyi "Alkmaar" sinifli mina əleyhinə gəmini təhvil verəcək.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.

"Niderland heyəti tam hazırlayacaq və elə iyunda gəmini Ukraynaya təhvil verəcək. O, 2022-ci ilin iyununda Kinburn yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən itirilmiş gəmimizin şərəfinə "Geniçesk" adını alacaq", – deyə o yazıb.

Zelenskinin sözlərinə görə, o, cümə axşamı Niderlandda "Alkmaar" gəmisində təlim keçən ukraynalı hərbçilərlə görüşüb. Krallığın Baş naziri Rob Yettenlə birlikdə onlar hərbçilərlə məşqlərin gedişatını və gələcək planları müzakirə ediblər.

"Bu, gələcək minaəleyhinə donanmamızda artıq beşinci və məhz Niderlanddan olan ikinci gəmidir", - deyə Ukrayna lideri dəqiqləşdirib.

Xəbər lenti