IMG-LOGO

Lənkəranda UEFA-nın C kateqoriyalı məşqçi kursunun birinci mərhələsi yekunlaşıb

17 Apr 2026 12:52 6 baxış
IMG

AFFA-nın təşkilatçılığı ilə Lənkəranda keçirilən UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi başa çatıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, dörd gün çəkən məşğələlərə təlimatçı Dəyanət Əliyev rəhbərlik edib.

Ona yerli məşqçilər Rövşən Süleymanov və Cavid Quliyev kömək göstəriblər.

Kursun II mərhələsi mayın 5-dən 8-dək, III mərhələsi mayın 26-dan 29-dək, IV mərhələsi isə iyunun 15-dən 20-dək ba. tutacaq.

Xəbər lenti