IMG-LOGO

Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU

17 Apr 2026 12:38 7 baxış
IMG
1 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə soyğunçuluq etməkdə təqsirləndirilən Ruslan Bayramovun cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı təqsirləndirilən Ruslan Bayramovun 6 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.

Qısa sürən müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Ruslan Bayramovun 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Xatırladaq ki, Ruslan Bayramov  27 avqust 2025-ci il tarixdə Pərvanə İsmayılovanın Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsi ünvanının qarşısında park etdiyi avtomobilinin arxa oturacağında yatmasından  və avtomobilin qabaq qapısının pəncərəsinin açıq olmasından istifadə edib P.İsmayılovanın çantasını, eləcə də onun içində olan  nağd pulu və mobil telefonu oğurlayıb. Faktla bağlı Ruslan Bayramov məsuliyyətə cəlb olunub, ona qarşı Cinayət Məcəlləsinin 180.1(soyğunçuluq) 234.1.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham irəli sürülmüşdür.

Hadisələr

Xəbər lenti