IMG-LOGO

Barrak: Vaşinqton və Ankara sanksiyalar məsələsini tezliklə həll edəcək

17 Apr 2026 13:41 13 baxış
IMG

Vaşinqton və Ankara Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri alması səbəbindən ABŞ-nin tətbiq etdiyi sanksiyalarla bağlı problemi tezliklə həll edəcək.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bu gün Antalya Diplomatik Forumu çərçivəsində keçirilən panel sessiyasında bildirib.

"Düşünürəm ki, "S-400"lə bağlı vəziyyət həll olunacaq. ABŞ hökuməti Türkiyənin "F-35" qırıcılarının alışı proqramına qayıtmasını normal təcrübə hesab edir", - o qeyd edib.

Qeyd edək ki, 2020-ci ildə ABŞ Rusiyadan "S-400" təyyarələri aldığına görə Türkiyəyə sanksiyalar tətbiq edib və onu "F-35" qırıcılarının alışı və istehsalı proqramından çıxarıb.

Xəbər lenti