Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 21-23-də Azərbaycana səfər edəcək.
Bu barədə "Report"a prezidentin dəftərxanasından bildiriblər.
"Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova və ölkənin digər rəsmi şəxsləri ilə görüşlər planlaşdırılıb", - məlumatda qeyd olunub.
Bundan başqa, Prezident Rinkeviçsin Azərbaycan-Latviya biznes-forumunun açılışında da iştirak edəcəyi gözlənilir.
O, həmçinin Azərbaycanda yaşayan latviyalılarla da görüşəcək.