Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin 2028-ci ildə keçirilməsi planlaşdırılır.
Bu barədə "Report"a Qırğızıstanın mədəniyyət naziri Mirbek Mambetaliyev bildirib.
"Azərbaycan Respublikasında Qırğızıstanın Mədəniyyət Günlərini 2027-ci ilə planlaşdırırıq. Qırğızıstanda Azərbaycan Respublikasının Mədəniyyət Günlərini isə 2028-ci ilə planlaşdırırıq", - o deyib.
Onun sözlərinə görə, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq əvvəllər imzalanmış sənədlər əsasında qurulur.
O həmçinin xatırladıb ki, 2025-ci ildə mədəniyyət sahəsində 2025-2027-ci illər üçün qarşılıqlı fəaliyyətə dair yol xəritəsi təsdiqlənib: "Biz onun həyata keçirilməsi üzərində ardıcıl olaraq işləyirik".