IMG-LOGO

İdentifikasiya olunmamış heyvanların bazarlara daxil olmasına məhdudiyyət tətbiq ediləcək

17 Apr 2026 18:33 5 baxış
IMG

İdentifikasiya olunmamış heyvanların bazarlara daxil olmasına məhdudiyyət tətbiq ediləcək.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, qərarın əsas məqsədi heyvanların sağlamlıq vəziyyətinə nəzarətin effektiv təşkili, xəstəliklərin vaxtında aşkarlanması və qarşısının alınmasıdır.

Heyvanların identifikasiyası onların mənşəyinin izlənilməsi, aparılmış baytarlıq tədbirlərinin qeydiyyatı və ümumilikdə epizootoloji nəzarətin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

"Heyvan satışı bazarlarının iştirakçıları, o cümlədən sahibkarlar və heyvan mülkiyyətçiləri heyvanları bazara gətirməzdən əvvəl onların müvafiq qaydada identifikasiyasını təmin etməlidirlər.

AQTA heyvan bazarı sahiblərini və heyvan mülkiyyətçilərini müəyyən edilmiş baytarlıq-sanitariya qaydalarına ciddi riayət etməyə çağırır", - məlumatda vurğulanıb.

Xəbər lenti