IMG-LOGO

Sumqayıtda yol-nəqliyyat hadisəsi olub, ölən var

17 Apr 2026 19:58 5 baxış
IMG

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə bu gün şəhər ərazisində qeydə alınıb.

Belə ki, yük avtomobili piyadanı vurub. Nəticədə ağır xəsarətlər alan Əliyev Samir Sərhəd oğlu dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər lenti