Hazırda biz maliyyələşdirmə modelinin müəyyənləşdirilməsi və Ermənistanda qeydiyyatdan keçməli olan TRIPP şirkətinin yaradılması ilə məşğuluq, işlər çox fəal şəkildə aparılır.
"Report"un Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
"Paralel olaraq, biz amerikalı həmkarlarımızla birgə müxtəlif nəqliyyat və enerji bağlantısı xətlərinin keçə biləcəyi mümkün marşrutların texniki-iqtisadi əsaslandırmasını aparırıq", - nazir müavini deyib.