IMG-LOGO

Şahbaz Şərif: Antalyada İlham Əliyevlə Pakistan-Azərbaycan tərəfdaşlığını müzakirə etdik

18 Apr 2026 00:58 8 baxış
IMG

Beşinci Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə gündən-günə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq.

"Report" xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif "X"dəki hesabında yazıb.

"Bu gün (dünən -red) Antalyada keçirilən 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyüm üçün çox şadam.

Gündən-günə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq", - o qeyd edib.

Xəbər lenti