ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) prezident seçkilərində iştirak etmək niyyətində olan Kolumbiya senatoru İvan Sepedaya qarşı planlaşdırılan sui-qəsd cəhdi barədə məlumat var.
"Report"un məlumatına görə, cənubi Amerika dövlətinin başçısı Qustavo Petro bu barədə "X" sosial şəbəkəsində yazıb.
"MKİ-də namizəd İvan Sepedaya qarşı mümkün sui-qəsd cəhdi barədə real və konkret məlumatlar var", - o bildirib.
Petro mümkün hücumla bağlı məlumat barədə əlavə təfərrüatları açıqlamayıb. Bununla belə, o, ABŞ Prezidenti Donald Trampa Kolumbiyada azad seçkilərin keçirilməsinə kömək etdiyinə görə təşəkkürünü bildirib.
Kolumbiyada növbəti prezident seçkiləri 31 mayda keçiriləcək. Petronun ikinci müddətə namizədliyi irəli sürülmək hüququ yoxdur. Sepeda hakim "Tarixi pakt" Partiyasının namizədi olacaq.