IMG-LOGO

Alyaskada hərbi bazanın ərazisində ayı iki əsgəri yaralayıb

18 Apr 2026 09:58 3 baxış
IMG

İki amerikalı əsgər Ankoricdəki (Alyaska ştatı) Elmendorf-Riçardson hərbi bazasının ərazisində ayının hücumuna məruz qalaraq yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Əsgərlərin səhhəti barədə məlumat verilmir. Onlara tibbi yardım göstərilib.

ABŞ ordusunun 11-ci hava-desant diviziyasının mətbuat katibi podpolkovnik Co Nederhud "Anchorage Daily News" nəşrinə bildirib ki, hər iki əsgər ayıya qarşı bibər qazı tətbiq edib. Hadisənin digər təfərrüatları hələlik məlum deyil, araşdırma davam edir.

Hadisə aprelin 16-da bazanın ərazisinə aid olan Arktik-Velli rayonunda təlim zamanı baş verib. Əsgərlər özünümüdafiə məqsədilə heyvana qarşı bibər qazı tətbiq ediblər.

Xəbər lenti