Bakıda avtomobildə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Yasamal rayonu, Kənar Dairəvi yolda qeydə alınıb.
Daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Land Rover” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin digər hissələri yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Hadisələr avtomobil yanğın FHN