IMG-LOGO

Şəmkirdə məktəbdə dərs vaxtı YANĞIN: şagirlər təxliyə olundu - YENİLƏNİB

18 Apr 2026 11:23 2 baxış
IMG
1 0

Şəmkirdə məktəbdə baş verən yanğın dərs vaxtı olub.

Lent.az APA-ya istinadla bildirir ki, yanğın məktəbin informatika otağında baş verib.

Hadisə zamanı şagirdlər məktəb rəhbərliyi tərəfindən təxliyə edilib.

*** 10:08

Şəmkirdə yanğın olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Nəriman Nərimanov adına ikimərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində məktəbin 7 ədəd kompüteri yanıb.

Xəsarət alan olmayıb. Araşdırma aparılır.

Hadisələr Şəmkir məktəb yanğın

Xəbər lenti