IMG-LOGO

Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi

18 Apr 2026 11:48 3 baxış
IMG
1 0

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika hakimiyyəti yaxın vaxtlarda əvvəllər məxfi saxlanılan yadplanetlilərlə bağlı sənədləri dərc etməyə başlayacaq.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, o, bu barədə aprelin 18-də “Turning Point USA” hərəkatının Arizona ştatında keçirilən tədbirində danışıb.

Tramp qeyd edib ki, çox maraqlı sənədlər aşkar edilib və ilk paylaşımlar çox tezliklə başlayacaq. O, vətəndaşlara bu fenomenin nə dərəcədə real olduğunu özlərinin qiymətləndirməsini təklif edib. Məxfi sənədlərin təhlili hazırda intensiv şəkildə davam edir.

Amerika liderinin sözlərinə görə, bu materialları oxumaq olduqca maraqlıdır və bir çox suallar doğurur. Lakin sənədlərin dəqiq nə vaxt tam şəkildə açıqlanacağı barədə konkret tarix açıqlanmayıb.

Tramp vətəndaşları yayımları izləməyə və öz fikirlərini bölüşməyə çağırıb.

dünya yadplanetli Tramp ABŞ NASA

Xəbər lenti