IMG-LOGO

Azərbaycan-Yəmən münasibətlərinin gücləndirilməsi müzakirə olunub

18 Apr 2026 12:57 6 baxış
IMG

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Yəmən Respublikasının Baş naziri, Xarici İşlər və Xaricdə Yaşayan Vətəndaşlar naziri Şaya Mohsin Zindani ilə görüş keçirib.

"Report" xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.

Qeyd olunub ki, nazirlər siyasi dialoq və ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə ediblər. Həmçinin çoxtərəfli əməkdaşlığın əhəmiyyəti də vurğulanıb.

Xəbər lenti