IMG-LOGO

Paşinyan Türkiyə aviaşirkətlərinin Gümrüyə uçuşlara başlayacağına ümid edir

18 Apr 2026 12:32 5 baxış
IMG

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə aviaşirkətlərinin Gümrüyə də uçuşlara başlayacağını gözləyir.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bunu brifinqdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə dair suala cavabında bildirib.

Baş nazir bunun yaxın vaxtlarda baş verə biləcəyinə ümidvar olduğunu deyib.

Paşinyan xatırladıb ki, "Turkish Airlines" aviaşirkəti bu ilin martından İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlara başlayıb.

Xəbər lenti