IMG-LOGO

Estetik əməliyyatla 7 il gizləndi, ölkəyə girən kimi TUTULDU

18 Apr 2026 13:45 4 baxış
IMG
2 0

Türkiyənin paytaxtı Ankarada 16 il əvvəl törədilmiş qətlin sifarişçisi olan və 7 ildir Gürcüstanda gizlənən Barış Mirzə saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, onun ölkəyə qayıtması barədə Ankara Şəhər Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinə məlumat daxil olub.

Araşdırma zamanı müəyyən olunub ki, Mirzə əməliyyatla üzünü dəyişdirərək özünü qardaşına bənzədib və onun şəxsiyyət vəsiqəsindən istifadə edərək ölkəyə daxil olub.

Polisin apardığı diqqətli əməliyyat nəticəsində saxlanılan Mirzənin burun, dodaq və çənə nahiyəsində estetik əməliyyatlar etdirdiyi, həmçinin saç əkimi keçirdiyi müəyyən edilib. O, üzünü dəyişərək qardaşına bənzəməyə çalışıb və onun kimliyi ilə ölkəyə daxil olduqdan sonra gizlənməyə davam etməyi planlaşdırıb.

Polisdəki prosedurlar başa çatdıqdan sonra Barış Mirzə məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə 29 oktyabr 2010-cu ildə Yenimahalle rayonunun Demetevler ərazisində baş verib. Burak Şen avtomobilində 28 güllə ilə atəşə tutularaq öldürülüb. Barış Mirzə onun qətlində sifarişçi ittihamı ilə axtarışa verilmişdi.

Hadisələr

Xəbər lenti