IMG-LOGO

Premyer Liqa: "Karvan-Yevlax" ardıcıl ikinci qələbəsini qazanıb

18 Apr 2026 17:40 5 baxış
IMG

"Karvan-Yevlax" Misli Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb.

"Report"un məlumatına görə, bölgə təmsilçisi XXVIII turda "Şamaxı"nı qəbul edib.

Ötən tur "Kəpəz"ə qalib gələn (4:1) meydan sahibləri bu dəfə rəqibini minimal hesabla üstələyib - 1:0. Yeganə qolu 39-cu dəqiqədə Coy Sleyd Mikels vurub.

Qələbə sayəsində xallarının sayını 14-ə çatdıran "Karvan-Yevlax" sonuncu - 12-ci pillədə qərarlaşıb. "Şamaxı" 32 xalla 7-ci sıradadır.

Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.

Xəbər lenti