IMG-LOGO

Xırdalanda maşınla vurulan 9 yaşlı uşaq xəstəxanada ölüb

18 Apr 2026 19:59 6 baxış
IMG

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"um yerli bürosu məlumat verir ki, hadisə Xırdalan şəhərinin 27-ci məhəllə ərazisində baş verib.

İlkin məlumata görə, yolu keçmək istəyən 9 yaşlı piyada "Toyota" markalı minik avtomobili tərəfindən vurulub.

Ağır xəsarət alan azyaşlı dərhal tibb müəssisəsinə çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti