IMG-LOGO

Baş məşqçi: "Ordu" Avrokuboklarda mübarizə aparacaq

18 Apr 2026 20:15 3 baxış
IMG

Kişi voleybolçulardan ibarət "Ordu" komandası Avrokuboklarda mübarizə aparacaq.

"Report"un məlumatına görə, bu barədə "hərbçilər"in baş məşqçisi Cavid Süleymanov açıqlama verib.

Mütəxəssis Azərbaycan Yüksək Liqasının finalında "Xilasedici"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb:

"Ordu" tarixində ilk dəfə finala yüksəlmişdi. Bu oyunçular tarix yazıblar. Komandamız növbəti mövsüm üçün daha da güclənəcək. Avrokuboklara vəsiqə qazanmışıq. Bu haqqımızdan da istifadə edəcəyik".

C.Süleymanov Rəqibi qələbə münasibəti ilə təbrik edib:

"Biz onlara çox yaxşı müqavimət göstərdik. Bəzi elementlərdə üstün oldular. Bu da qalib gəlmələrində rol oynadı".

Xatırladaq ki, final oyununda "Xilasedici" "Ordu"nu 3:1 hesabı ilə üstələyib.

Xəbər lenti