IMG-LOGO

Ağdamda bədbəxt hadisə: 25 yaşlı gənc öldü

18 Apr 2026 20:51 4 baxış
IMG
1 0

Ağdam rayonunun Zəngişalı kəndində bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu təsərrüfat işləri görərkən ağır xəsarətlər alaraq həyatını itirib.

Məlumata görə, traktora qoşulmuş torpaqəzən texnika ehtiyatsızlıq nəticəsində işə düşüb və nəticədə gənc ölümcül xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

ağdam bədbəxt hadisə

Xəbər lenti