IMG-LOGO

Rəşad Nəbiyev Avropa çempionatında bürünc medal qazanan cüdoçunu təbrik edib

19 Apr 2026 00:02 8 baxış
IMG

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında bürünc medal qazanan Zelim Tçkayevi təbrik edib.

"Report" xəbər verir ki, ACF prezidenti "X" sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

"Cüdoçumuzu bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, sabah mübarizəyə qoşulacaq bütün idmançılarımıza uğurlar arzulayıram", - paylaşımda qeyd olunub.

Xəbər lenti