IMG-LOGO

BMT-nin Baş katibi Livanda sülhməramlılara hücumu pisləyib

19 Apr 2026 04:44 2 baxış
IMG

BMT-nin Baş katibi Antonio Quterreş Livanın cənubunda sülhməramlılara hücumu pisləyib.

"Report" xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik açıqlama verib.

Bəyanata görə, Quterreş Livandakı BMT Müvəqqəti Qüvvələrinə (UNIFIL) hücumu qətiyyətlə pisləyib və bütün tərəfləri beynəlxalq hüquqa hörmət etməyə və UNIFIL personalının və əmlakının təhlükəsizliyini təmin etməyə çağırıb.

BMT sülhməramlılara hücumların beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması olduğunu və müharibə cinayəti hesab edilə biləcəyini vurğulayıb.

Qeyd olunub ki, Livanın cənubunda baş verən hücum nəticəsində bir fransız əsgəri həlak olub, üç nəfər yaralanıb.

Xəbər lenti