IMG-LOGO

Avropa çempionatı: Azərbaycan cüdoçusu Kənan Nəsibov da mübarizəni dayandırıb - YENİLƏNİB-2

19 Apr 2026 10:46 9 baxış
IMG

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 1/8 finalda Erik Abramovla (Almaniya) üz-üzə gələn təmsilçimiz rəqibinə məğlub olub.

Bu gün mübarizəyə qoşulan idmançımız Madina Kaisinova da (+78 kq) yarışla erkən vidalaşıb.

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

10:34

Azərbaycan cüdoçusu Madina Kaisinova (+78 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında məğlub olub.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 1/16 finalda Elis Startseva ilə (Rusiya) qarşılaşan təmsilçimiz uduzaraq mübarizəni dayandırıb.

Bu gün Kənan Nəsibov (+100 kq) da tatamiyə çıxacaq.

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

10:08

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/16 finalda Nikola Pavlovski (Şimali Makedoniya) ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Z. Kotsoyev növbəti raunda vəsiqə qazanıb.

Bu gün Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) da tatamiyə çıxacaqlar.

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Xəbər lenti