IMG-LOGO

Serj Qnabrinin dünya çempionatında iştirakı ciddi zədə səbəbindən sual altına düşüb

19 Apr 2026 11:18 7 baxış
IMG

Almaniya millisinin və "Bavariya"nın yarımmüdafiəçisi Serj Qnabrinin dünya çempionatında iştirakı sual altına düşüb.

"Report" "Sky Deutschland"a istinadən xəbər verir ki, buna oyunçunun aldığı ciddi zədə səbəb olub.

Münxen təmsilçisi 30 yaşlı futbolçunun sağ budunun əzələsinin qopması nəticəsində uzun müddətə sıradan çıxdığını açıqlayıb. Almaniyalı yarımmüdafiəçinin bərpa prosesinin təxminən 3-4 ay çəkəcəyi gözlənilir. Beləliklə, futbolçu iyunun 11-dən iyulun 19-na qədər keçiriləcək dünya çempionatını böyük ehtimalla kənardan izləyəcək.

Qeyd edək ki, S.Qnabri cari mövsümdə bütün turnirlərdə 37 matçda iştirak edərək 10 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya yığması dünya çempionatının E qrupunda Kurasao, Fil Dişi Sahili və Ekvador komandaları ilə mübarizə aparacaq.

Xəbər lenti