IMG-LOGO

"Liverpul" əlavə vaxtın 10-cu dəqiqəsində qolla "Everton"u məğlub edib

20 Apr 2026 00:41 5 baxış
IMG

"Liverpul" İngiltərə Premyer Liqasının XXXIII turunda səfərdə "Everton"u məğlub edib.

"Report" xəbər verir ki, "Hill Dikinson" stadionunda keçirilən mersisayd derbisi "qırmızılar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin qollarını Məhəmməd Salah (29-cu dəqiqə) və Vircil van Deyk (90+10) vurub. Ev sahiblərindən Betu (54) fərqlənib. "Everton"un hücumçusu İlimane Ndiayenin vurduğu qol oyunun 27-ci dəqiqəsində video köməkçi hakim (VAR) tərəfindən hesaba alınmayıb.

Bu qələbədən sonra "Liverpul" İngiltərə Premyer Liqasının turnir cədvəlində 55 xalla beşinci, "Everton" isə 47 xalla 10-cu yerdədir.

Xəbər lenti